Lukaşenko rusları yenə qəzəbləndirdi



Digər ölkələrin, o cümlədən Rusiyanın Belarus ərazisində hərbi bazasının yardılmasına ehtiyac yoxdur. Yeniavaz.com RT-yə istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O bildirib: “Uydurma problemdir. Bizim Rusiya ilə hərbi-siyasi ittifaqımız var. Burada hərbi bazanın olub-olmayacağının tamamilə heç bir fərqi yoxdur. Bu bazanı burada  yerləşdirməməklə sizə və başqasına göstərmək istəyirik ki, biz suveren və müstəqilik. Biz ona görə icazə vermirik ki, ona burada ehtiyac yoxdur”.

A.Lukaşenko hesab edir ki, belarus hərbçiləri ehtiyac yaranacağı təqdirdə,  ölkə ərazisində aqressiya və münaqişə ilə səmərəli mübarizə apara bilər: “Belarus Rusiya ilə müqaviləyə əsasən üzərinə düşən funksiyaları yerinə yetirir. Əgər bunu etməsəydik inanın ki, özümüz Rusiyaya müraciət edərdik ki, bizim təhlükəsizliyimizi təmin etsin”.

DİGƏR XƏBƏRLƏR

Top