Azərbaycanda şəfalı su boş-boşuna küçəyə axır - FOTOLAR


“Dəmir yeyən”, “İştah açan”, “Daş salan” və ya “Böyrək suyu” insanların müxtəlif ad verdiyi bu bulaq müalicəvi xüsusiyyətləri ilə seçilir. Yarım əsrə yaxın yaşı olan müalicəvi su təxminən 400-450 metrdən çıxır. Yeniavaz.com xəbər verir ki, Yevlaxın Tanrıqulular kəndində üzə çıxan mayenin Qazandağındakı şirin bulaqdan axıb gəldiyi iddia edilir. Böyrək ağrıları olan insanların şəfa ocağı kimi tanıdığı məkana maraq böyükdür. Yerli sakinlərin dediyinə görə, müxtəlif rayonlardan gələnlər bulağın yerləşdiyi hissədə bəzən uzun növbələr yaradır. Bulağın suyu əsasən böyrəkdə olan kristalları əridir.
 Kəndin qocaman sakinlərindən olan Məmməd Cəfərov bildirir ki, Tanrıqulular kəndi ərazisində çıxan su, şirəli qablarda qaynadılan zaman öz təsirini göstərərək onların sıradan çıxmasına səbəb olur. Mayenin həzmi də tezləşdiridiyi bildirilir. Həmçinin müalicəvi sudan ilk dəfə qəbul edənlərdə böyrək sancıları da yaranır.
El  dili ilə "Böyrək suyu" adlandırlan mayedən tək Tanrıqulular deyil, digər bölgələrin sakinləri də istifadə edir. Bəs həkimlər necə suyun müalicəvi xüsusiyətləri ilə razılaşırlarmı?
Uroloq Cavid İsayev müxtəlif bölgələrdə yerin dərinliklərindən çıxan suların laborator nəticələri məlum olduqdan sonra onlardan istifadənin faydalı ola biləcəyini deyir.
 Son zamanlar suyun təzyiqi azalsa da, bulaqdan istifadə edənlərin ardı-arası kəsilmir.
Kənd sakinləri deyir ki, 1970-ci illərdə, suyun kimyəvi tərkibinin öyrənilməsi üçün ondan nümunələr götürülərək Rusiyanın Yessentuki şəhərinə laborator analizə göndərilib. Nəticə uğurlu alınıb. Sakinlər onu da bildiriblər ki, baxımsızlıq ucbatından bulağın suyu kəsilmək üzrədir.
Kənd sakini Xanım Allahverdiyevanın sözlərinə görə, baxımsızlıq ucbatından bulağın gözü tutulub: “Bu şəfa mənbəyi ilə maraqlanan yoxdur. Suyun keyfiyyəti dəmir krantı da parçalayıb”.
Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top