![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2018/11/6/1/f2dcdd2b-34b3-4bed-a2bc-85172f5c994c/elxan-allahverdiyev-bineqedi.jpg)
Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov vəzifəsindən azad edilib. Bununla bağlı rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev əmr imzalayıb. O, bu vəzifəyə 2015-ci ildə təyin edilmişdi. Həmin vəzifəyə hələ ki, təyinat olmayıb.
Xatırladaq ki, iyunun 6-da Prezident İlham Əliyevin sərəncamı ilə Elxan Allahverdiyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. E.Allahverdiyevdən öncə icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov idi.(report)