Axtarışda olan 35 nəfər saxlanılıb


Azərbaycanın daxili işlər orqanları tərəfindən ötən gün 105 cinayət faktı qeydə alınıb, onların da 16-sı “isti izlər”lə açılıb. Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 10 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top