Tramp Parisdə Putinlə görüşməyəcək

 

ABŞ prezidenti Donald Tramp Parisdə Vladimir Putinlə görüşəcəyinə əmin olmadığını bildirib. Yeniavaz.com "RİA-Novosti"yə istinadən xəbər verir ki, Tramp jurnalistlərin suallarını cavablandırarkən, "Əmin deyiləm ki, biz Parisdə görüşəcəyik. Güman ki, yox”, - deyib. 
Bununla belə ABŞ Prezidenti rusiyalı həmkarı ilə Argentinada baş tutacaq G-20 sammiti çərçivəsində görüşəcəyini qeyd edib: "G-20 sammitindən və ondan sonra çox sayda görüşümüz olacaq".
Qeyd edək ki, bundan əvvəl ABŞ və Rusiya prezidentlərinin noyabrın 11-də Parisdə görüşəcəyi xəbəri yayılmışdı. 

DİGƏR XƏBƏRLƏR

Top