Rusiyalı əsgəri öldürən erməni İŞİD üzvünə 22 il həbs verildi

Ermənistanda Rusiya ordusunun əsgərini qətlə yetirməkdə ittiham olunan İŞİD tərəfdarı erməniyə hökm oxunub. 
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, Şirak vilayət məhkəməsinin qərarına əsasən Gümrüdə yerləşən 102 saylı hərbi hissənin Dmitri Yalpayevi öldürən Ermənistan vətəndaşı Arman Cancuqzyana 22 il müddətinə həbs cəzası verilib. Aparılan istintaqa görə, hadisə ötən il 22 aprel tarixində Gümrüdəki mağazaların birinin qarşısında baş verib. D. Yalpayev boyun, baş və kürək nahiyələrindən aldığı 8 bıçaq zərbəsi nəticəsində yerindəcə həyatını itirib.
İstintaq sənədlərində erməni qatilin İŞİD terror qruplaşması ilə əlaqəsi olduğu göstərilib. Qeyd olunur ki, kimliyi hələ müəyyənləşməyən terror təşkilatı üzvləri qətl barədə Cancuqazyana göstəriş verib.

DİGƏR XƏBƏRLƏR

Top