Venesueladan növbəti rekord: 488 min 865 faiz qiymət artımı


Venesuelada növbəti dəfə inflyasiya rekordu qeydə alınıb. Yeniavaz.com Beynəlxalq Valyuta Fondunun açıqladığı məlumatlara istinadən bildirir ki, bu ilin oktyabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisdə istehlak məhsullarının qiyməti və xidmətlərin tariflərində 488 min 865 faiz həddində artım baş verib. Daha əvvəl Venesuelada bu səviyyədə inflayasiya müşahidə olunmayıb.
Beynəlxalq Valyuta Fondunun mütəxəssisləri belə hesab edirlər ki, ilin sonuna kimi inflyasiya səviyyəsi 1 milyon faizə çatacaq.
Onu da bildirək ki, dünyada bu səviyyədə inflyasiya yalnız 2000-ci illərin sonunda Zimbabvedə qeydə alınıb.
Venesuela həm də hiperinflyasiyanın müşahidə olunduğu yeganə ölkə hesab olunur. Venesueladan sonra daha 5 ölkədə sürətli inflyasiya müşahidə olunmaqdadır. Əvvəlki ilin analoji dövrü ilə müqayisədə bu ilin oktyabr ayında Argentinada 40,3 faiz, İranda 31,4 faiz, Türkiyədə 25,2 faiz, Misirdə 16 faiz, Nigeriyada isə 11,3 faiz inflyasiya qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top