Türkiyədə inflyasiya 25 faizi keçib


Türkiyədə oktyabr ayında aylıq inflyasiya 2,67 faiz təşkil edib.
Yeniavaz.com “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsi məlumat verib.
Məlumata əsasən, illik inflyasiya 25,24 faiz olub. Hərçənd aylıq inflyasiyanın 2 faiz, illik isə 23,5 faiz olacağı gözlənilirdi.
Oktyabr ayında ən çox qiymət artımı mənzil (4,15%), ev əşyaları (3,44%), qida və spirtsiz içkilər (3,22%) və əyləncə və mədənuyyət (2,07%) sahələrində qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top