Cəlilabadda qəza: iki nəfər xəsarət aldı


Cəlilabad rayonunda yol qəzası baş verib. Yeniavaz.com report-a istinadən xəbər verir ki, hadisə Musalı kəndi ərazisində qeydə alınıb. Belə ki, "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində "VAZ-2106" markalı avtomobilin sürücüsü, 1967-ci il təvəllüdlü Quliyev Rövşən Fərəməz oğlu xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Qəza zamanı həmçinin digər avtomobilin sürücüsünün də yüngül xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top