2 gün əvvəl “Qalatasaray” və “Fənərbağça” klubları arasında keçirilən oyundan əvvəl stadionun tribunasında vəziyyəti pisləşən və xəstəxanada vəfat edən gənc fanat Koray Şener bu gün dəfn edilib. “Fənərbağça” klubu stadionda vida mərasimi təşkil edib. Klub prezidenti Ali Koçun da qatıldığı mərasimdə gənc azarkefin 1 illik ödənişlə aldığı masaya əklil qoyulub və bundan sonra həmin yerdə heç kimin oturmayacağı bildirilib. Daha sonra dualar oxunub və cənazə dəfn edilməsi üçün aparılıb.
Qeyd edək ki, vida mərasimində komandanın bütün futbolçuları da iştirak edib. Klub prezidenti tabutun altına girərək Koray Şeneri son mənzilə yola salınmasında yaxından iştirak edib.(publika.az)