Ərdoğan Parisdə Rusiya və ABŞ prezidentləri ilə görüşməyi planlaşdırır


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 10-11 noyabr tarixlərində Parisə səfəri zamanı Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp ilə görüşməyi planlaşdırır. Yeniavaz.com report-a istinadən bildirir ki, Türkiyənin dövlət başçısı bunu ölkəsində ikigünlük səfərdə olan ukraynalı həmkarı Petro Poroşenko ilə keçirilən birgə mətbuat konfransında deyib. "10-11 noyabr tarixlərində Parisdə bizim cənab Tramp, həmçinin cənab Putin ilə danışıqlar aparmaq fürsətimiz olacaq", - Ərdoğan bildirib. Bundan əvvəl Türkiyə Prezidentinin Fransaya səfərinin tarixi açıqlanıb.

DİGƏR XƏBƏRLƏR

Top