“Sarı gəlin” üçün Yaponiyadan Azərbaycana gəldi - VİDEO


Yaponiyalı musiqi həvəskarı “Sarı gəlin”i ifa etmək üçün Bakıya gəlib. Yamamoto adlı qadın Azərbaycanın xalq mahnısını əməkdar artist Sevda Ələkbərzadənin ifasında dinləyib və sevib. Sevda qonağı ilə birgə çəkilmiş videosunu sosial şəbəkədə paylaşaraq yazıb: “Xanım Yaponiyadan gəlib. Pərəstişkarımdır. Axtarıb-axtarıb, axır ki, istədiyinə nail olub. Yamamoto “Sarı gəlin”i məni dinləyərkən öyrənib. Onun virtual müəlliməsi hesab olunuram”. Yamomoto daha sonra Azərbaycan xalqını Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbrik edib. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top