Bu ilin sentyabr ayında Bakı şəhəri üzrə məşğulluq xidmətində işsiz hesab edilənlərin sayı 18 min 104 nəfər olub.
Yeniavaz.com Bakı şəhər Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, işsizliyə görə müavinət alanların sayı isə 539 nəfər olub. Onlara verilən müavinətin orta aylıq məbləğ 211,33 manat təşkil edib.
Bakı şəhəri üzrə işsiz statusu olan şəxslərin 7 min 113 nəfərini qadınlar olub. İşçi qüvvəsinə olan tələbat sentyabr ayının axırına şəhər üzrə cəmi 2 min 339 nəfərdir, onlardan 2 min 48 nəfəri fəhlələrdir.
2018-ci ilin sentyabr ayında Bakı şəhəri üzrə məşğulluq xidmətində işsiz hesab edilənlərin sayı rayonlar üzrə belə olub:
|
İşsiz statusu |
İşsizliyə görə müavinət alanlar |
Binəqədi |
850 |
71 |
Qaradağ |
538 |
47 |
Xəzər |
1 459 |
13 |
Səbail |
648 |
23 |
Sabunçu |
1 135 |
59 |
Suraxanı |
1 634 |
25 |
Nərimanov |
1 779 |
37 |
Nəsimi |
2 804 |
35 |
Nizami |
1 304 |
39 |
Xətai |
3 609 |
119 |
Yasamal |
2 309 |
67 |
Pirallahı |
35 |
4 |
Bakı şəhəri- cəmi |
18 104 |
539 |