DİM-in fəaliyyəti - imtahanlara dövlət və ictimai nəzarət müzakirə olunub


Gəncədə “DİM-in fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda konfrans keçirilib. Yeniavaz.com xəbər verir ki, ilki Gəncədə baş tutan konfransın noyabr ayı ərzində Bakı şəhəri və digər regionlarda keçirilməsi nəzərdə tutulur. Məqsəd DİM-in fəaliyyəti ilə tanışlıq, 2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanlarının modelləri haqqında, eləcə də tələbə qəbulu və dövlət qulluğuna qəbul prosesində dövlət və ictimaiyyət nümayəndələrinin iştirakı haqqında məlumat vermək olub. Konfransda Gəncə şəhəri və ətraf bölgədə yerləşən ali təhsil müəssisələrinin, təhsil şöbələrinin rəhbər şəxsləri, müəllimlər, imtahan rəhbərləri və nəzarətçiləri iştirak edib.

Tədbiri giriş nitqi ilə açan DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, hazırda qurum tərəfindən keçirilən imtahanların hər birinə hazırlıq məzmun və standartlara uyğun ekspertlərin iştirakı ilə həyata keçirilir. İmtahanların təşkili və cavabların yoxlanılması isə yüksək təhlükəsizlik tədbirləri altında həm avtomat qaydada, həm də markerlərin iştirakı ilə reallaşır. 2018-ci ildə DİM tərəfindən keçirilən imtahanlarda ümumilikdə 641 min 517 nəfər iştirak edib. İmtahanların idarə olunmasına 48 min 309 nəfər cəlb olunub. DİM-in elektron xidmətlərindən istifadə edənlərin sayı isə 7 milyondan artıq olub. DİM sədri bu ildən etibarən qəbul imtahanlarında tətbiq olunaq yeni modelə hazırlıq haqqında da danışıb.
Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top