“Biznes qadınlarda özünə inamı artırır” - Nazir müavini


"Qadınlar biznesə cəlb olunduqca onların özlərinə inamı artır"

Bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib. O bildirib ki, qadının bizneslə məşğul olan zaman ailədən kənarda qalması haqqında fikirlər formalaşıb.
"Düşünürlər ki, bizneslə məşğul olan qadın ailəsinə vaxt ayıra bilmir. Hesab edirəm ki, bu, belə deyil. Şəxsi biznesi olan qadın evindən də çalışa bilər. Belə olanda onun ailəsinin yanında olması və uşaqlarına daha çox vaxt sərf etməsinə imkan yaranır. Eyni zamanda dövlət tərəfindən müvafiq infrastrukturun yaradılması, uşaqların qayğısına qalmaq üçün bağçaların təmir olunması, yeni bağçaların açılması, onların şəbəkəsinin genişləndirilməsi işləyən, sahibkar qadınlara kömək edir. Bundan əlavə, Qadın Sahibkarların Assosiyası da qadın sahibkarların artımına təkan olacaq". 
S.Həsənova qeyd edib ki, qadınların iqtisadiyyata cəlb edilməsi XXI əsrin çağırışlarındandır. Onun sözlərinə görə, iqtisadi inkişaf qadınların fəallaşmasına şərait yaradan ən əsas amillərdəndir.
(Azvision.az)

DİGƏR XƏBƏRLƏR

Top