Donuzların sayı ən çox Azərbaycanda artıb


Son bir ildə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələr arasında donuzların sayı ən çox Azərbaycanda artıb.
Yeniavaz.com-un MDB Dövlətlərarası Statistika Komitəsinin açıqladığı hesabata istinadən apardığı hesablamalar göstərir ki, bu ilin oktyabr ayının əvvəlində Azərbaycanda 5,9 min baş dozun mövcud olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisdə 22,8% artıb.
Müqayisə üçün qeyd edək ki, MDB-yə üzv olan digər ölkələrdə donuzların sayı Azərbaycanla müqayisdə dəfələrlə çox olsa da, artım tempi bu qədət yüksək olmayıb.
Azərbaycandan sonra donuzların sayında ən yüksək artım Rusiyada qeydə alınıb. Rusiyada donuzların sayı son bir il ərzində 3% artaraq 24 milyon 775 min başa yüksəlib. Rəqəmlərdən də göründüyü kimi Rusiyada donuzların sayı Azərbaycanla müqayisədə 4 199 dəfə çoxdur.
Donuzların sayı Ermənistanda 0,6% artıb və bu ilin oktyabr ayının əvvəlinə 767,6 min başa çatıb. Digər MDB ölkələrində isə azalma qeydə alınıb. Son bir ildə Belarusda 2 milyon 997,2 min baş (son bir ildə 10,3% azalıb), Ukraynada 6 milyon 462,6 min baş (4% azalıb), Moldovada 430,3 min baş (0,9% azalıb), Qazaxıstanda 924,5 min baş (3,2% azalıb olub.

DİGƏR XƏBƏRLƏR

Top