Norveçdə məktubları robot poçtalyon daşıyacaq


Norveçdə məktubları və bağlamaları evlərə robot poçtalyon daşıyacaq.

Xəbərdə bildirilir ki, robot Amerika və Norveçin müştərək şirkəti olan "Buddy Mobility" tərəfindən hazırlanıb. İlkin mərhələdə o, Konsberq şəhərində sınaq rejimində işə başlayacaq.

O, xarici görünüşünə görə təkər üzərindəki böyük qutuya bənzəyir. Layihə müəllifinin sözlərinə görə, robot saatda 6 kilometr sürətlə hərəkət edə və hər gün 100-ə yaxın ünvana xidmət göstərə biləcək.

Əgər eksperiment uğurlu olsa, layihə daha da inkişaf etdiriləcək. (Report)

DİGƏR XƏBƏRLƏR

Top