Azərbaycan nefti ucuzlaşmağa davam edir


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 1-də 74 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 3,23 dollar/barel azdır. 

Yeniavaz.com xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
 
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 1-də 72,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,23 dollar/barel azdır.
 
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 1-də 69,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,05 dollar/barel azdır.
 
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə noyabrın 1-də 71,68 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 3,82 dollar/barel azdır.

DİGƏR XƏBƏRLƏR

Top