“Arsenal” - “Qarabağ” oyununun biletləri satışa çıxdı

“Qarabağ”ın UEFA Avropa Liqasının IV turunda İngiltərənin “Arsenal” komandası ilə səfər oyunu üçün Ağdam təmsilçisinin azarkeşlərinə nəzərdə tutulan biletlər satışa çıxarılıb.

Ümumilikdə, 500 ədəd olan biletlər iki kateqoriya bölünüb. 45 bilet 56 manatdan, 450 bilet isə 39 manatdan satılır. Biletləri iticket.az saytından əldə etmək mümkündür.

Qeyd edək ki, matç dekabrın 14-də Londondakı “Emireyts” stadionunda keçiriləcək. Bu komandalar arasında Bakı Olimpiya Stadionunda baş tutan oyun “Arsenal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top