Avropa Parlamentinin deputatı yenidən Qarabağa səfər edib


Ötən il Dağlıq Qarabağda keçirilən "referendumu" müşahidə etmək üçün bölgəyə qanunsuz səfər etmiş Avropa parlamentinin Çexiyadan olan üzvü Yaromir Ştetin yenidən işğal olunmuş Azərbaycan ərazilərinə  gəlib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Yaromir Ştetin səfər zamanı seperatçı rejimin rəhbərləri ilə bir araya gəlib.
Görüş zamanı Avropa Parlamentinin deputatı bildirib ki, Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması üçün səylərini davam etdirəcək.
Qeyd edək ki, ötən il Yaromir Ştetin Avropa Parlamentinin Lüksemburqdan olan deputatı Frank Engel və Kipirdən olan deputatı Eleni Teorxarus ilə birgə Qarabağa qanunsuz səfər edib. Azərbaycan Baş Prokurorluğu bu şəxslər barəsində cinayət iş açaraq, onların beynəlxalq axtarışa verilməsi barədə "İnterpol"a sorğu göndərib. Lakin, bu sorğu "İnterpol" tərəfindən qəbul olunmayıb. Eyni zamanda Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çexiyanın Azərbaycandakı səfirini də məsələ ilə əlaqədar XİN-ə çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top