ABŞ 8 ölkəyə İrandan neft almağa icazə verib

 
ABŞ Hindistan, Yaponiya və Cənubi Koreya daxil olmaqla, səkkiz ölkəyə İran neftini almağa davam etməyə icazə verib.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ Prezident Administrasiyasının adı açıqlanmayan nümayəndəsi deyib.
Onun sözlərinə görə, D.Tramp administrasiyasının məqsədi İran iqtisadiyyatının gəlirlərini məcburi azaltmaqdır. Mənbə qeyd edib ki, icazə müvəqqəti xarakter daşıyır və ABŞ gözləyir ki, sanksiyadan azad olunmuş ölkələr qarşıdakı aylar ərzində İrandan neft idxalının həcmini azaltmağa davam edəcək.
Noyabrın 5-də ABŞ-ın İrana qarşı məhdudiyyətləri qüvvəyə mindikdən sonra Tehrana münasibətdə sanksiyalardan azad edilmiş ölkələrin siyahısı elan ediləcək. D. Tramp Administrasiyası, həmçinin bu ölkələrə xahişlə müraciət edib ki, İranla digər iqtisad əlaqələri məhdudlaşdırsın.

DİGƏR XƏBƏRLƏR

Top