Qanunsuz ov edən şəxs min manat cərimələnib

Hacıqabulda icazəsiz ov cəhd edən şəxs saxlanılıb.

Bu barədə Yeniavaz.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı brakonyerin Sabirabad rayon sakini İftixar Əsgərov olduğu müəyyən edilib və ondan ov tüfəngi götürülüb.

Faktla bağlı təqsirkar şəxs barəsində protokol tərtib edilib və o, inzibati qaydada min manat məbləğində cərimə olunub.

DİGƏR XƏBƏRLƏR

Top