“Toyota” 2 milyona yaxın avtomobilini geri çağırır

 
Yaponiyanın “Toyota” avtomobil istehsalçısı bütün dünya üzrə 1,6 milyondan çox avtomobilini geri çağırır. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, buna səbəb avtomobillərin təhlükəsizlik yastığında nasazlığın aşkarlanmasıdır.
 
Geri qaytarılacaq avtomobillərin əksəri “Avensis” və “Corolla” modelləridir. Bu modellərdə təhlükəsizlik yastığını dəyişmək lazımdır. Onlardan 946 mini Avropadadır.
 
Geri çağırılacaq 600 mindən çox avtomobildə isə təhlükəsizlik yastığının yeni basma qurğusu quraşdırılacaq. Belə ki, hazırda Yaponiyanın “Takata” şirkətinin quraşdırılmış yastıqları qəza zamanı düzgün işə düşməyə bilər.

DİGƏR XƏBƏRLƏR

Top