ABŞ-ın dövlət katibi Türkiyənin NATO-dan çıxma ehtimalından danışıb

 
ABŞ ümid edir ki, Türkiyə NATO-dan çıxmayacaq. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.
 
O, “Türkiyənin NATO-da gələcəyi sual altındadırmı” sualına cavab verərkən bildirib: “Ümid edirəm ki, xeyr. Bu, NATO və ABŞ üçün məyusedici olacaq. Fikrimcə, bu, Türkiyə xalqı üçün daha məyusedici olacaq”.
 
M.Pompeo qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası dövründə Türkiyə ilə münasibətlər çətin dövrdən keçir: “Lakin bizim gerçək uğurlarımızın olduğu yerlər də var. Suriyada birgə işi buna misal göstərmək olar”.
 
O ümid etdiyini bildirib ki, Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğan dərk edəcək ki, ABŞ İrandan daha yaxşı tərəfdaşdır. Dövlət katibi əlavə edib ki, R.T. Ərdoğan ABŞ, Avropa və NATO ilə daha dərin qaşrılıqlı münasibətlər saxlamalıdır.
 

DİGƏR XƏBƏRLƏR

Top