Türkiyə və ABŞ hərbçiləri Suriyanın Münbiç rayonu ətrafında birgə patrul xidmətinə başlayıb.
Türkiyə və ABŞ-ın zirehli texnikası rayon ətrafında patrul xidməti aparır.
Qeyd edək ki, Suriyanın Hələb əyalətinin Münbic rayonunda terrorçu PKK/YPG-PYD qruplaşması yerləşir. Onları ABŞ müdafiə edir. Türkiyə isə Fərat çayının şərqində yerləşən terrorçuların həmin ərazini tərk etməsini istəyir. (report)