Gəncənin yeni başçsı onları vəzifələrindən AZAD ETDİ


Gəncə Şəhər İcra Hakimiyyətinin baş mühasibi Vəfa Məlikova və şöbənin aparıcı məsləhətçisi Şövkət Nağıyeva vəzifələrindən azad edilib. Bununla bağlı şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov əmr imzalayıb. N.Bayramovun digər əmri ilə baş mühasib vəzifəsinə Məlahət Salahova təyin olunub.
Xatırladaq ki, avqustun 28-də Prezident İlham Əliyevin sərəncamı ilə Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla Niyazi Bayramov şəhər icra hakimiyyətinin başçısı təyin olunub. (Report)

DİGƏR XƏBƏRLƏR

Top