“Qarabağ”ın stadionunda nasazlıq yarandı


“Qarabağ” klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət ünvanlayıb. 

Müraciətdə ev oyunlarının keçirildiyi “Azərsun Arena”nın işıqlandırma sistemində nasazlıqlar yarandığına və təmirə ehtiyac duyulduğuna görə “Qarabağ” və “Qarabağ-2” komandalarının növbəti matçlarının yerinin dəyişdirilməsi xahiş olunub. 

Mövcud vəziyyəti araşdıran PFL “Qarabağ” klubunun ev oyunları ilə bağlı qərar çıxarıb.

Qərara əsasən I divizionun IX turunun “Qarabağ-2” - MOİK qarşılaşması sabah saat 15:00-da “Azərsun Arena”da keçiriləcək.

Premyer Liqanın X turunun “Qarabağ” – “Sumqayıt” görüşü isə 3 noyabr saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top