
Dünyada ingilis dilinin hansı səviyyədə öyrənildiyi barədə növbəti araşdırmanın nəticəsi açıqlanıb. Yeniavaz.com xəbər verir ki, belə bir araşdırmanı İsveçrənin “EF Education First” şirkəti həyata keçirib.
İsveçrə şirkət artıq 8 ildir ingilis dili biliyi üzrə ölkələrin illik reytinqini hazırlayır. Bu ilki reytinə 88 ölkə daxil edilib.
Azərbaycan 88 ölkə arasında ingilis dili bilmə səviyyəsinə görə 77-ci sırada yer alıb. Bu nəticəyə əsasən Azərbaycanda insanların ingilis dili bilmə səviyyəsi çox aşağı olub.
İngilis dili bilmə səviyyəsi region ölkələrindən Belarus, Rusiya və Ukraynada orta səviyyədə olub. Gürcüstanda insanların ingilis dili bilmə səviyyəsi zəif qiymətləndirilib. Azərbaycanla bərabər Türkiyə, İran, Qazaxıstan və Özbəkistanda isə çox zəif hesab olunub.
Region ölkələrindən Belarus ingilis dili bilmə səviyyəsinə görə 88 ölkə arasında 38-ci, Rusiya 42-ci, Ukrayna 43-cü, Gürcüstan 45-ci, İran 66-cı, Türkiyə 73-cü, Azərbaycan 77-ci, Qazaxıstan 80-ci, Özbəkistan isə 86-cı sırada yer alıb.
İngilis dili bilmə səviyyəsinə görə tərtib edilən siyahıya İsveç başçılıq edib. İlk onluğa Hollandiya, Sinqapur, Norveç, Danimarka, Cənubi Afrika, Lüksemburq, Finlandiya, Sloveniya və Almaniya da daxildir. Liviya, İraq, Özbəkistan, Kambocia və Əfqanıstan sakinlərinin isə ingilis dili bilmə səviyyəsi olduqca pis hesab edilir.
Tətbiqimizi yükləyə bilərsiniz