Poroşenko sanksiya siyahısına niyə salınmadı? - KREMLDƏN CAVAB


Ukrayna Prezidenti Petro Poroşenkonu Rusiyanın cavab sanksiya siyahısına daxil etmək həddən ziyadə addım olardı. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, ənənəvi olaraq prezident sanksiya siyahısına salınmır: “Bu belə demək mümkündürsə, həddən ziyadə addım olardı”.  
Xatırladaq ki, Rusiyanın Baş naziri Dmitri Medvedev Ukraynaya qarşı xüsusi iqtisadi tədbirlərin tətbiq edilməsi haqqında qərar imzalayıb. Qərar Ukraynanın 322 vətəndaşına və 68 şirkətinə şamil ediləcək. Onların arasında Ukrayna Prezidentinin oğlu Aleksey Poroşenko və daxili işlər naziri Arsen Avakyan da var. 

DİGƏR XƏBƏRLƏR

Top