Biləsuvarda cürə quşunu ovlayanlar cərimələndi


Ekologiya və Təbii Sərvətlər Nazirliyin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Biləsuvar rayonu ərazisində keçirdikləri reyd zamanı icazəsiz ov edən şəxsləri saxlayıblar. Bu barədə Yeniavaz.com-a nazirlikdən məlumat verilib. Araşdırma zamanı brakonyerlərin Biləsuvar rayon sakinləri Şövqi Ağayev və Cavad Xankişiyev olduğu müəyyən edilib. Onlardan 2 ov tüfəngi və ovlanmış 3 cürə quşu götürülüb. Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib edilib və onlara İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən ümumilikdə 2015 manat məbləğində cərimə və ziyan tətbiq olunub.

DİGƏR XƏBƏRLƏR

Top