“Yuventus”un keçmiş hücumçusu və atası həbs edildi


Futbol üzrə İtaliya yığmasının və “Yuventus” klubunun keçmiş hücumçusu Vinçentso Yakvinta mafiya ilə əlaqələri olduğuna görə iki il azadlıqdan məhrum edilib.
 
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, iş üzrə 140-dən çox adam məhkəmə qarşısına çıxarılıb. V. Yakvinta qanunsuz silah saxlamaqda təqsirkar bilinib. Futbolçunun atası isə 19 il azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, V. Yakvinta karyerası ərzində 374 oyun keçirib və 106 qol vurub. O, 2012-ci ildə karyerasına yekunlaşdırıb. Futbolçu İtaliyanın heyətində 2006-cı ildə dünya çempionu olub.

DİGƏR XƏBƏRLƏR

Top