Həbiblə döyüşmək istəyən azı 50 milyon dollar verməlidir

 
Mütləq döyüş çempionatının (UFC) yüngül çəki dərəcəsində çempionu dağıstanlı Həbib Nurməhəmmədov özünün növbəti döyüşü üçün azı 50 milyin dollar almaq niyyətindədir. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu idmançının meneceri Əli Əbdüləziz deyib.
 
O bildirib: “Məni yalnız bizə 50-100 milyon dollar gətirəcək rəqib maraqlandırır. Biz Makreqora qalib gəldik. O, bunadək deyirdi ki, amerikalı boksçu Floyd Meyuezerlə döyüşə görə 50 milyon dollar qazanıb. Həbib kimi dünya superulduzu populyarlıqda Konoru qabaqlayıb”.
 
Menecer K. Makqreqorla təkrar döyüşün keçiriləcəyini istisna etməyib: “Günün sonunda mənim stolumun üzərinə çoxmilyonluq təklif düşə bilər. Bəlkə də bu yaxınlarda döydüyümüz oğlana revanş verdik”.

DİGƏR XƏBƏRLƏR

Top