Bakıda baş verən bu yanğın qəsdən törədilib? - İTTİHAM + VİDEO


Bakının Yasamal rayonu, 1-ci Alatava 131 ünvanındakı fərdi yaşayış evlərindən birində yanğın olub. Yeniavaz.com xəbər verir ki, yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb. Yanğının baş verdiyi mənzilin qonşuluğunda yaşayanlar ev sahiblərinə qarşı bir sıra ittihamlar irəli sürüblər: "Yanğının baş verdiyi bu tikili qeyri-qanunidir. Plastikdən, köhnə taxtadan ev tikərlər? Heç buna ev də demək olmaz. Bu tikilinin nə məqsədlə istifadə olunduğu da bizə məlum deyil. Evlərində mavi yanacaq ola-ola bu adamlar hamamı avtomobil şinləri ilə, odunla qızdırırlar. Qara tüstüdən evin pəncərələrini aça bilmirik, paltar sərə bilmirik. Az qala həyətdəki bütün evlər yanacaqdı. Yanğının qarşısı alındı, amma görün evimiz nə hala düşüb. Evi onlar özləri yandırıblar".
Hadisə yerində olan FHN-nin Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik-leytenant Rəşad Nəsirov Yeniavaz.com-a bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb: "Ümumi sahəsi 50 kvadratmetr olan ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsinin taxtadan ibarət yanar konstruksiyaları 25 kvadratmetr sahədə, 1-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 12 kvadratmetr sahədə və bitişik tikilmiş ümumi sahəsi 40 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 18 kvadratmert sahədə yanıb. Hər iki evin qalan hissəsi və digər bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğının baş vermə səbəbi araşdırılır, xəsarət alan yoxdur".
 

DİGƏR XƏBƏRLƏR

Top