Qayınatasını öldürən şəxsin məhkəməsi başladı


Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Samir Şabanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası noyabrın 6-na təyin edilib.

İttihama görə, bu il aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində, qəsəbə sakini Hətəm Şabanovun küt alətlə qətlə yetirilmiş meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Samir Şabanov saxlanılıb.

Samir Şabanov H.Şabanovun qızının həyat yoldaşıdır. (Trend)

DİGƏR XƏBƏRLƏR

Top