Rusiyada FTX binası qarşısında partlayış: ölən və yaralananlar var


Rusiyanın Həştərxan şəhərində Federal Təhlükəsizlik Xidməti (FTX) idarəsinin binasının girişində partlayış baş verib.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, partlayış nəticəsində bir nəfər həlak olub, daha üç nəfər xəstəxanaya yerləşdirilib.
Arxangelsk vilayətinin qubernatoru İqor Orlov bildirib ki, baş vermiş hadisə təlim deyil və hər şey çox ciddidir. O əmin edib ki, regionda bütün mümkün təhlükəsizlik tədbirləri görülüb: “Cinayət FTX binasının daxilində, binaya giriş tərəfdən törədilib”.
İnsidentin səbəbləri araşdırılır. Binanın ərazisi hərəkət üçün bağlanılıb, idarədən hamı təxliyyə olunub.
 

DİGƏR XƏBƏRLƏR

Top