Hindistan nüvə başlığı daşıyan ballistik raket buraxdı

 
Hindistan nüvə başlığı daşımaq iqtidarında olan “Agni-1” ballistik raketini uğurla sınaqdan keçirib. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, “yer-yer” sinifli raket Əbdül Kalam adasında yerləşən poliqonda buraxılıb. Bildirilir ki, sınaqlar zamanı məşq hədəfləri vurulub.
 
Qeyd edək ki, “Agni-1” raketi Hindistan Silahlı Qüvvələrinin silahlanmasında mövcuddur. Bu, birpilləli bərk yanacaqlı raketdir. O, müxtəlif tipdə olan başlıqları, o cümlədən 1 tonadək ağırlığı olan nüvə başlığını daşıya bilər.

DİGƏR XƏBƏRLƏR

Top