Səbailin yeni başçısı kimdir? - DOSYE


Prezident İlham Əliyevin sərəncamı ilə Səbail rayonuna icra başçısı təyin olunan Vüqar Zeynalov Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
Yeniavaz.com xəbər verir ki, Vüqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin məzunudur. Müxtəlif dövrlər ərzində o, özəl şirkətdə hüquqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyat muzeyində baş mütəxəssis, Azərbaycan Milli Elmlər Akademiyasının "Akademiya" kitab mərkəzində direktor, Azərbaycan Dövlət İncəsənət muzeyində Muzey işində innovasiyaların tətbiqi şöbəsinin müdiri, muzeyin direktor müavini, Azərbaycan Diplomatiya Akademiyasının (ADA) Kitab Mərkəzində direktor vəzifəsində çalışmışdır. 2012-ci ildən etibarən Vuqar Zeynalov Nizami Kino Mərkəzinin direktoru vəzifəsində işləmişdir. Ailəlidir, bir övladı var.

DİGƏR XƏBƏRLƏR

Top