Qarabağ...


Gözlədim taleyim, bəxtim güləcək,
Sevinc bir gün göz yaşımı siləcək.
Bəs nə oldu, o gün gəlmədi, gəlmədi?
Yola saldığım boş illəri, gəlmədi...
                        ***
Günəş yubanır, ay da çıxmır yerindən,
Gecə-gündüz ah çəkirəm dərindən.
Bir xəbər yox, cənnət kimi elimdən
Necə oldu, bəs o gün gəlmədi, gəlmədi?
                        ***
Həsrətində, gözü yola milyonlar.
Tökülüb o yurdda çox nahaq qanlar.
Necə oldu bəs, o gün gəlmədi, gəlmədi?
Gözlədim, gözlədim niyə gəlmədi..?
  
Muradxan Əliyev,
Əmək və müharibə veteranı

DİGƏR XƏBƏRLƏR

Top