"Belə bir məsələ niyə medianın gündəminə çıxarılmalıdır?"


Deputat Zahid Oruc Ukraynadakı Azərbaycan Səfirliyi binasının təmiri zamanı yol verilən korrupsiya ilə bağlı sabiq və indiki səfir arasında gedən qarşıdurmaya münasibət bildirib. O, çıxışında qeyd edib ki, hazırkı səfir özündən əvvəlkini bu məsələdə yeyintiyə yol verməkdə ittiham edir: “Sabiq səfir isə bunu təkzib etməkdədir. Belə bir məsələ niyə medianın gündəminə çıxarılmalıdır? Bu, yolverilməz haldır. Ölkənin imicinə zərbə vurur. Məsələni Ukraynada müzakirə etməkdənsə, Azərbaycanda müzakirə etsələr daha yaxşı olar”.

Deputat Rüfət Quliyev də Zahid Orucun səsləndirdiyi fikri dəstəkləyərək belə bir məsələnin ictimailəşdirilməsinə lüzum görmədiyini qeyd edib: “Mənə zəng edib deyiblər ki, sabah bununla bağlı mətbuat konfransı olacaq. Orada adıçəkilən problemə aydınlıq gətiriləcək. Mən də belə bir məsələsinin başqa ölkədə müzakirəsinin tərəfdarı deyiləm. Belə hallara yol vermək olmaz”.

Qeyd edək ki, söhbət hazırkı səfir Azər Xudiyev və sabiq səfir Tələt Əliyevdən gedir.(Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top