"Deputatlar 8 min manat maaş almalıdır" - Dilə-dişə düşən məmur və deputatlar


Bilərəkdən və ya bilməyərəkdən, əsəbiləşərək, hissə qapılaraq verdikləri özünəməxsus açıqlamaları ilə, işlətdikləri ifadələrlə dilə-dişə düşən məmur və deputatlar az deyil. Onların ən çox tənqid olunduqları yerlər isə sosial şəbəkələrdir. Verdiyi açıqlamaya görə üzr istəyənlər də olub, təkzib edənlər də, işini itirənlər də...

Yeniavaz.com saytı hələ də yeri gəldikcə xatırlanan, tənqid olunan, özünəməxsus açıqlamaları ilə dilə-dişə düşən məmur və deputatlardan "sitatları" təqdim edir.

Deputat Qüdrət Həsənquliyev: "Düşünürəm ki, spiker 10 min, deputatlar isə 8 min manat maaş almalıdır".

Millət vəkili Siyavuş Novruzov: "Qaçaq Koroğluya parkın ortasında heykəl qoyuruq, amma Şah İsmayılın heykəli yolun ortasındadır".

Millət vəkili Fəzail Ağamalı: "Hamı deyirdi ki, oğlu Rövşən Lənkəranski kimi olmalıdır".

Deputat Naqif Həmzəyev: "Rəsulzadə yaxşı kişi olsaydı, arvadına sahib çıxardı".

Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov: "Azərbaycan jurnalistləri "bezdarnı", savadsız, heç nəyə yarayan deyillər".

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev (işdən çıxarılıb) İş istəyən vətəndaşa "get öl", "cəhənnəm ol", "köpək oğlu" demişdi.

Beyləqan rayonunun icra başçısı Vaqif Abdullayevin (işdən çıxarılıb) şəhidin ruhunu təhqir etdiyi bildirilirdi.

DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru Ərziman Əliyevin ona zəng vuran jurnalistə söyüş söymüşdü. Buna görə generalın qardaşı üzr istəmişdi.

Deputat Musa Quliyev süpürgəçinin ölümü ilə bağlı bunları demişdi: "Yaşlı qadını heç kim orada işləməyə məcbur etmir. Məgər, onu məcburi işlədirlər?".

SOCAR prezidenti Rövnəq Abdullayev: "Qazın xodunu almaqdansa, pəncərəni açıq saxlayırlar..."

Deputat Hadı Rəcəbli: "Əgər müəllim maaşla dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Bunun nəyi pisdir ki?"

Millət vəkili Astan Şahverdiyev (dünyasını dəyişib): "Rusiyaya işləməyə gedənlər bizim cəmiyyətin "otxod"larıdır".

Deputat Aqil Abbas: "Dövlət qulluq vermirsə, sənə torpaq verir. Get orda soğan ək, ailəni saxla".

DİGƏR XƏBƏRLƏR

Top