Qazaxda balıq tutan 29 yaşlı gənci cərəyan vuraraq öldürüb


Qazax rayonunda balıq tutan 29 yaşlı gənc ölüb. Hadisə oktyabrın 29-da rayonun Abbasbəyli kəndində baş verib. 1989-cu il təvəllüdlü Abdullayev Elmar Fərman oğlu kəndin ərazisində yerləşən göldə balıq tutarkən onu elektrik cərəyanı vurub. E.Abdullayev hadisə yerində vəfat edib. Faktla bağlı araşdırma aparılır.(Report)

DİGƏR XƏBƏRLƏR

Top