"Microsoft Word" proqramından istifadə edənlər, DİQQƏTLİ OLUN


Kompyuterdə  "Microsoft Word" proqramından istifadə edənlər yeni təhlükə ilə üzləşiblər. Yeniavaz.com "Cymulate" internet təhlükəsizlyi şirkətindən verilən açıqlamaya istinadən bildirir ki, xakerlər kopyuterlərə "daxil olmağın" yeni yolunu tapıblar. Onlar kiber hücumlarını "Microsoft Word" faylları vasitəsilə həyata keçirirlər.
"Cymulate" şirkətindən bildirilir ki, xakerlər "Microsoft Word" faylındakı mətnə hər hansı bir internet resursda yerləşdirilən videonun linkini əlava edirlər. İnsanlar "Microsoft Word" faylını açıb, mətnin üzərində redaktə işləri apardıqları zaman virus aktivləşir.
Ekspertlər bildirirlər ki, bu zaman antivirus proqramları belə mümkün təhlükə barədə xəbərdarlıq verə bilmirlər.
Aparılan tədqiqatlar zamanı məlum olub ki, belə viruslar kompyuterə heç bir zərər vermədən yaddaşdakı məlumatları toplayaraq xakerlərə ötürür.  
"Cymulate" şirkətinin mütəxəssisləri qeyd edirlər ki, tanımadığınız mənbədən "Microsoft Word" faylı yüklədiyiniz və ya qəbul etdiyiniz zaman mətnin daxilində hər hansı bir videonun linki olarsa onun üzərində redaktə işləri aparmamaq lazımdır.

DİGƏR XƏBƏRLƏR

Top