Bakıda qaçırıldığı deyilən məktəbli qız xəstə imiş - RƏSMİ


Bakıda 15 yaşlı məktəbli qız qaçırılması ilə bağlı rəsmi məlumat yayılıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsi bu barədə açıqlama verib. Açıqlamada bildirilib ki, yeniyetmə qaçırılmayıb.
“319 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, Mikayılova Xatun Kamran qızı məktəbin 10-a sinif şagirdidir. Məsələ ilə bağlı şagirdin anası ilə əlaqə saxlanılıb. Onun hazırda evdə olduğu bildirilib. Həmçinin valideyni bildirib ki, onun 2 gün dərsə gəlməməsinin səbəbi xəstə olmasıdır”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, bəzi Kütləvi İnformasiya Vasitələrində məktəbli qızın 20 yaşlı qəsəbə sakini Teymur İsgəndərov tərəfindən evlənmək məqsədilə oğurlandığı barədə məlumatlar yayılmışdı.

(Baku.ws)

DİGƏR XƏBƏRLƏR

Top