69 yaşlı velosipedçini maşın vuraraq öldürüb


Mingəçevirdə 69 yaşlı velosipedçini avtomobil vuraraq öldürüb. Bədbəxt hadisə Mingəçevirdə baş verib. Yeniavaz.com xəbər verir ki, şəhər sakini Saat Mikayılov velosipedlə hərəkətdə olan zaman avtomobil onu vurub. Müxtəlif bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, 69 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb, o xəstəxanada vəfat edib. Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top