
ABŞ-ın Oklahoma şəhərində yaşayan Betsy Reyesin itinin son zamanlar xeyli kökəlməsi onun diqqətini çəkib. İtini izləyən B. Reyes onun hər gecə evdən qaçdığını görüb. "Prenses" adı verdiyi itini təqib etməyə başlayan Reyes gördüklərindən xeyli təəccüblənib. Yeniavaz.com saytı xarici KİV-ə istinadən xəbər verir ki, Reyes bildirib ki, eyni yeməyi yeyən, eyni şəraitdə yaşayan itinin birdən-birə kökəlməsi ailə üzvlərini də təəccübləndirib. İtinin hər gün hara getdiyini bilmək istəyən Reyes, onu izləməyi qərara alıb.
Məlum olub ki, "Prenses" hər gün yad insanların maşınına yaxınlaşıb küçə iti imiş kimi davranaraq onlardan yemək "almağa" çalışırmış. Bundan xeyli təəccüblənən Reyes, sosial mediada bununla bağlı paylaşım edib. Onun bu paylaşımı minlərlə insanın təəccübünə səbəb olub.

Reyes açıqlamasında: "Sən demə, itimiz bir "fast-food" restoranının önünə gəlib burada küçə iti kimi davranaraq insanların ona qamburger vermələrinə nail olurmuş. Doyduqdan sonra isə evə gəlir və bizim diqqətimizdən yayınmağa çalışırdı. Əgər itimi retoranın qarşısında görsəniz, ona yemək verməyin",-deyib.
O, bu məsələni ictimailəşdirməsinin səbəbini də açıqlayıb: "Dünyanın harasında yaşamasından asılı olmayaraq, ola bilər ki, mənim kimi it saxlayan saf adamlar çoxdur. İtləri onların xoş niyyətliliyindən istifadə edə, başqalarına xətər yetirə və ya hardansa oğurluq edə bilərlər. Bu məsələdə diqqətli olun".
B. Reyes itinin gecə vaxtı "iş başında" çəkdiyi fotoları da paylaşıb.
Tətbiqimizi yükləyə bilərsiniz