Rusiya səfirliyin yaxınlığında şübhəli bağlama aşkarlanıb, polis ərazini mühasirəyə alıb


Rusiyanın Vaşinqtondakı səfirliyinin yaxınlığında şübhəli bağlama tapılıb. Hadisə yerinə ABŞ-ın xüsusi xidmət və polis əməkdaşları cəlb olunub. Mühafizəçilər səfirliyin binasının yerləşdiyi ərazidə küçəni bağlayıblar. Vaşinqton ikinci sahə polisinin leytenantı Pon Qrentsan sonda açıqlama verib ki, şübhəli bağlama araşdırılıb və onun içərisində təhlükəli heç nə aşkar edilməyib. Xatırladaq ki, son zamanlar ABŞ-ın tanınmış şəxslərinin evlərinə də şübhəli bağlamalar göndərilir. Hazırda həmin faktlar araşdırılır.(Sputnik.az)

DİGƏR XƏBƏRLƏR

Top