Koçaryan: Paşinyan Qarabağ problemindən uzaq durmağa çalışır


Erməni tərəfi Dağlıq Qarabağ münaqişəsi üzrə kompleks, bütöv mövqe hasil etməlidir. Hazırda belə mövqe yoxdur. Yeniavaz.com “Lenta.ru” saytına istinadla xəbər verir ki, bunu Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan deyib. O bildirib: “Mən münaqişənin nizamlanmasının müxtəlif elementləri üzrə natamam bəyanatlar eşidirəm,  natamam mövqelər görürəm. Hansısa işlənib hazırlanmış, ümumi mövqe hazırda yoxdur”.

R. Koçaryanın fikrincə, Nikol Paşinyan bu məsələ ilə mövqeyini müəyyənləşdirməyib: “O başa düşür ki, bu çox incə məsələdir. Mən onun bəzi bəyanatlarında problemdən müəyyən dərəcədə uzaqda durmaq , onu Qarabağ “tərəfinin” üstünə atmaq cəhdini görürəm. Lakin bu alınmayacaq”.

Onun sözlərinə görə, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirak dərəcəsi, Qarabağın “təhlükəsizliyinin təmin edilməsi” məsələsində iştirakı o qədər böyükdür ki, bundan yayınmaq mümkün olmayacaq: “Heç kəs, nə həmsədrlər, nə də beynəlxalq ictimaiyyət bunu ciddi qəbul etməyəcək. Buna görə ümumi mövqe formalaşdırmaq, onu “Qarabağ”la razılaşdırmaq və buna sadiq qalmaq lazımdır”.

DİGƏR XƏBƏRLƏR

Top