Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 568,5 milyon manat məbləğində sığorta haqları toplanıb, 186,9 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib. Yeniavaz.com Maliyyə Bazarlarına Nəzarət Palatasından açıqlanan məlumatlara istinadən xəbər verir ki, könüllü sığorta bazarı üzrə haqlar 414,9 milyon manat, ödənişlər isə 137,3 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 153,6 milyon manat, ödənişlər isə 49,6 milyon manat olub.
2018-ci ilin yanvar-sentyabr ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73%-i könüllü, 27%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 73,5%-i könüllü, 26,5%-i isə icbari sığorta növləri hesabına formalaşıb.