Su anbarında icazəsiz balıq ovlayan şəxs saxlanıldı


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Varvara su anbarında icazəsiz balıq ovlayan şəxs saxlanılıb.

Nazirlikdən Yeniavaz.com-a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Yevlax rayon sakini Dünyamin Abdullayev olduğu müəyyən edilib, ondan müxtəlif növ balıqlar və ov alətləri götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq icazəsiz balıq ovlayan şəxs barəsində 364 manat məbləğində iddia qaldırılıb. Faktla bağlı D.Abdullayev barəsində qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər Yevlax rayon Məhkəməsinə göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top