“Lester Siti”nin prezidentinin öldüyü təsdiqləndi


İngiltərənin “Lester Siti” klubunun prezidenti Viçay Srivadhanaprabhanın helikopter qəzasında öldüyü təsdiqlənib. Bunu Lesterşayr polisi təsdiqləyib. Polis bildirib ki, tailandlı milyarderdən başqa, Nursara Suknamay, Kaveporn Punpare, həmçinin Erik Svafer və onun polşalı tərəfdaşı İzabela Roza Lexoviç helikopter qəzasında dünyasını dəyişib. Acı hadisəyə görə Britaniyadakı Polşa səfirliyi də açıqlama yayıb. Səfirlik 1997-ci ildə Polşadan Britaniyaya köçmüş Lexoviçin peşəkar pilot olduğunu qeyd edib. 

Qəza yerli vaxtla oktyabrın 27-də yerli vaxtla saat 20:30-da – “Lester” – “Vest Hem Yunayted” oyunundan sonra baş verib. Londona uçmalı olan helikopter “Kinq Pauer” stadionu yaxınlığında qəzaya uğrayıb. Hadisə şahidi olan futbolçular, oyunu çəkən fotoqrafların sözlərinə görə, helikopter havaya qalxdıqdan sonra fırlanıb və qəzaya uğrayıb.

Qeyd edək ki, 60 yaşlı Viçay Srivadhanaprabha 2010-cu ildə Lester klubunu 39 milyon funta alıb. Dörd övladı olan milyarderin sərvəti 3.3 milyard dollarla ölçülürdü və o, Tailandın yeddinci ən varlı iş adamı hesab edilirdi. “Lester” onun prezidentliyi dönəmində – 2016/2017 mövsümündə tarixində ilk dəfə İngiltərə çempionluğunu qazanmışdı.(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top